-
Qırğızıstan və Tacikistan sərhədində artıq iki gündür davam edən atışma nəticəsində 10 nəfər yaralanıb. Qarşıdurma sərhəd ərazidə yerləşən iki kənd arasında baş verib.
Avqustun 3-də Tacikistan ərzasinində yerləşən Chorkuh kəndinin sakinləri Qırğızıstanın Kok-Tash kəndi sakinlərinə məxsus qəbiristanlığın yolunu bağlayıb.
Bundan sonra Qırğızıstan sakinləri Chorkuh kəndinə gedən su kanalını bağlayıblar. Nəticədə hər iki tərəfdən 200-ə yaxın insan bir-birlərini daşlamağa başlayıblar. Qarışıqlıq 500 nəfərə qədər çoxalıb və atışma avqustun 4-də davam edib. Tacikistan rəsmiləri bildiriblər ki, ilk gülləni qırğızlar atıb və atəş nəticəsində dörd tacik yaralanıb.
Hər iki tərəfdən yerli hakimiyyət danışıqlar apararaq sakitliyi bərpa etməyə çalışırlar.
Qırğız-tacik sərhədləri boyunca mübahisəli ərazilərdəki gərginlik 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra gərginləşmişdi, son aylarda bu gərginlik xüsusuilə artıb.