Fitzgerald'ın roman fraqmentini kim tamamlayacaq?

F. Scott Fitzgerald

- "A.Gulli də öz növbəsində maraqlı fiqurdur. Son beş ildə o, elə hey hekayə "tapır". John Steinbeck, Tennessee Williams, Joseph Heller və Dashiell Hammett'in əvvəllər məlum olmayan hekayələrini."

Tapılan hekayə roman fraqmenti çıxdı

Xəbər vermişdik ki, "Böyük Gatsby" yazarının yeni hekayəsi tapılıb. Məsələ böyüməkdədir. ABŞ mətbuatı xəbər verir ki, hekayəni tapan və "Strand" jurnalında nəşr edən redaktor A.Gulli onun hekayə yox, roman parçası olduğunu bəyan edib.

"Ayrıca hekayə kimi, müstəqil görünürdü” – redaktor deyib, “amma hekayənin bitdiyi yerdən sonra 2500 sözlük bir hissə də varmış ki, onun roman fraqmenti olduğunu göstərir”.

Roman fraqmenti Çikaqoda özünə həyat qurmağa çalışan balerina haqdadır.

Roman fraqmentini tapan A.Gulli deyib ki, ola bilsin, bu mətn Fitzgerald malikanəsilə danışıqlar aparıldıqdan sonra tamamlanmaq üçün çağdaş bir yazıçıya verilsin.

"Bəlkə də Fitzgerald balerina mövzusunu uşaqlığında balerina olmağa həvəs göstərmiş arvadı Zeldanın həyatından götürüb" - "Washington Post"-un jurnalisti yazır.

Fraqmenti tapan A.Gulli deyib ki, ola bilsin, bu mətn Fitzgerald malikanəsilə danışıqlar aparıldıqdan sonra tamamlanmaq üçün çağdaş bir yazıçıya verilsin.

Harper Lee’nin “Go Set a Watchman” romanından böyük kommersiya uğuru əldə edən müasir nəşriyyatlar üçün keçmişin adlı-sanlı müəlliflərilə "dumanlı" layihələr həyata keçirmək artıq trendə çevrilib.

A.Gulli də öz növbəsində maraqlı fiqurdur. Son beş ildə o, elə hey hekayə "tapır". John Steinbeck, Tennessee Williams, Joseph Heller və Dashiell Hammett'in əvvəllər məlum olmayan hekayələrini tapıb.

Özü demişkən, “Dünyanın biganəliyi mənim üçün imkandır."

Artıq bu kimi müqəddimə yazıları çıxmağa başlanıb:

F. Scott Fitzgerald yenə roman yazmaq istəyirdi, amma jurnallarda hekayə çap edib qonorar almağa qarşı müqavimət göstərmək asan deyildi. Sonra da Hollywood öz təkliflərilə ortaya çıxdı.

1940-cı ildə ölənə qədər Fitzgerald yalnız dörd roman nəşr etdirə billmişdi, klassik “The Great Gatsby” də daxil olmaqla. Beşinci romanı “The Last Tycoon” yarımçıq qalmışdı. Onu dostu Edmund Wilson redaktə və nəşr etdirmişdi (1941).

Bu zamana qədər elə zənn edilirdi ki, biz Fitzgerald yaradıcılığı haqda hər şeyi bilirik. İndi isə yeni – daha bir yarımçıq romanı ortaya çıxıb. Onillərlə Princeton Universitetinin kitabxanasında toz içində qalıb, diqqət cəlb etməyib...

Oxu Zalı

***

5.08.2015

"Böyük Gatsby"-ni yazanın yeni hekayəsi tapılıb

“Böyük Gatsby” romanının müəllifi, 44 yaşında infarktdan ölmüş F. Scott Fitzgerald’ın yeni tapılmış hekayəsi yazıçının ölümündən 75 il sonra nəşr edildi.

"Temperatur" adlanan hekayəni “Strand” jurnalının yeni sayında oxumaq olar.

“Strand” jurnalının redaktoru Andrew Gulli yazıçının Princeton Universitetinin kitabxanasında saxlanan arxivini vərəqləyəndə bu 8 min sözlük hekayəni tapıb. Hekayə əvvəl heç vaxt heç yerdə nəşr olunmayıb.

Bunun bir səbəbi də yazıçının hekayə yazılan ərəfədə öz ədəbi agentinin fəaliyyətindən narazı olduğu üçün məktub yazaraq, onunla əlaqəni tam kəsməsi olub.

“Biz ondan danışanda ağlımıza dərhal faciəvi romanlar gəlir. “Temperatur” isə bu yazıçının eyni səriştəylə hekayə yazıçısı da olduğunu və komediya da yazdığını göstərir” - Gulli “Associated Press"-ə deyib.

“Fitzgerald … öz satirik qabiliyyətindən həkimlərdən Hollivud ulduzlarına və cəmiyyətin normalarına qədər hamını ələ salmaq üçün istifadə edib.”

“Temperatur” romanı Los Ancelesdə cərəyan edir, 31 yaşlı yazıçı Emmet Monsen’in hekayəsini nəql edir. O, içki düşkünüdür, ürəyi xəstədir, “çox fotogenikdir”.

Hekayəni tapan redaktor onun film üçün yararlı olduğunu (“cinematic”) deyir.