İtaliyanın xarici işlər naziri Tehrana gedib

İranın xarici işlər naziri Mohammad Javad Zarif (sağda) italyan həmkarı Paolo Gentiloni ilə görüşdə

-

İtaliyanın xarici işlər naziri Paolo Gentiloni avqustun 4-də Tehranda İran rəsmiləri ilə görüşüb.

İranın Merh agentliyi Gentiloni-yə istinadla yazır ki, İranın altı dövlətlə imzaladığı nüvə sazişi iki ölkənin münasibətlərində “tədrici təkmilləşmə üçün bir fürsət olacaq”.

Nümayəndə heyətinin tərkibində olan İtaliya İqtisadi inkişaf naziri Federica Guidi deyib ki, İtaliya İranın avtomobil sənayesinə mümkün sərmayələrdə maraqlıdır.

İyulun 14-də yekun İran sazişi imzalanandan bəri Fransa, Almaniya və Serbiya nazirləri Tehrana səfər edib, İrana bank, ticarət sanksiyalarının qaldırılmasının perspektivlərini müzakirə ediblər.

Sənəd bütün imzalayan ölkələr tərəfindən ratifikasiya olunacağı və İranın şərtlərə əməl edəcəyi halda sanksiyalar ən tezi bu ilin sonunda qaldırıla bilər.