Avtobus qəzasında azı 12 nəfər ölüb

Arxiv fotosu

-

Rusiyanın Uzaq Şərq vilayətində iki avtobus toqquşub, azı 12 nəfər həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, avqustun 5-də Xabarovsk şəhərində iki şəhərlərarası avtobus toqquşub. 20-dən çox sərnişin xəsarət alıb, 6-sı ağır vəziyyətdədir.

Hadisə yerində yanğınsöndürənlər, xilasedicilər, yol polisi, təcili yardım işləyir.