-
Azərbaycan prezidenti İlham Əliyev yeni sərəncam imzalayıb. Sərəncam ölkədə dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirləri nəzərdə tutur.
Bu tədbirlərin yerinə yetirilməsi üçün prezidentin ehtiyat fondundan “Dini mədəniyyətin inkişafı” fonduna 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.