Teplovoz alışıb

Foto illüstrasiya

-

Avqustun 5-də axşam saatlarında Gəncədə içərisində neft məhsulu olan çənlərin qoşulduğu teplovoz alışıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, Gəncənin Kəpəz rayonunda “Azərbaycan Dəmir Yol” QSC məxsus TM-2 markalı teplovozun mühərrik hissəsi yanıb. Nazilirik bildirir ki, teplovozun qalan hissəsi və ona qoşulmuş 6 ədəd içərisində neft məhsulu olan çənlər yanğından mühafizə olunub.

Yanğının səbəbləri barədə məlumat verilmir.