-
İran liderləri avqustun 5-də Suriya münaqişəsinə vasitəçilik təklif edib və bildirib ki, Suriya sülh planı tezliklə BMT-yə təqdim olunacaq.
“Siyasi baxımdan əlimizdə olan hər şeyi edəcəyik ki, Suriyaya sülh və sabitlik qayıtsın,” İran prezidenti Hassan Rohani Tehranda Suriyanın xarici işlər naziri Walid al-Moallem ilə görüşdə deyib.
İran xarici işlər nazirinin müavini Hossein Amir Abdollahian isə deyib ki, sülh planı İran və Suriya hökumətləri ilə razılaşdırılandan sonra BMT-yə təqdim olunacaq.
Avqustun 4-dən bəri Suriya, İran və Rusiya təmsilçiləri münaqişənin diplomatik həllini tapılması üçün görüşlər keçirirlər. İranla Rusiya Suriya prezidenti Bashar al-Assad rejiminin sonuncu müttəfiqləridir.
İran dəfələrlə xəbərdarlıq edib ki, Dəməşq hökumətinin iflası İslam Dövləti və digər yaraqlı qrupların yolunu açar.