Rusiyaya sanksiyalar genişləndirilir

Siyasi karikatura

-

ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyaları genişləndirib.

Reuters-in məlumatına görə, sanksiya siyahısına Rusiyanın enerji müəssisələrindən “Qazprom”a aid, Oxot dənizindəki Cənubi-Kirinski qaz-konsendant yatağı da salınıb. Ticari məsələlər üzrə amerikalı hüquq məsləhətçisi Duglas Cekobson deyib ki, söhbət ABŞ istehsalı olan və ya bu ölkənin 25 faizlik iştirakıyla istehsal edilən avadanlıqların ixracının qadağan edilməsindən gedir.

İyulun 30-da ABŞ Rusiya və Ukraynanın bir sıra vətəndaş və müəssisələrinə məhdudiyyətlər qoymuşdu.

İyunda Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini gələn il yanvarın 31-dək uzadıb. AB səbəb kimi Kremlin Ukrayna-Rusiya münaqişəsinin həlli yönündə əldə edilmiş Minsk razılaşmasına tam əməl etməməsini göstərmişdi.

ABŞ və AB ölkələri tərəfindən Rusiyaya qarşı ilk sanksiyalar 2014-cü ilin martında qoyulub. Kreml Krımı ilhaq etməkdə və Ukrayna şərqində silahlı münaqişədə iştirakda ittiham olunurdu.