İnterpol Azad Rəhimovu axtarır

İnterpol

-

Azərbaycan vergidən yayınan işadamı Azad Rəhimovu beynəlxalq axtarışa verib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

apa-nın məlumatına görə, 52 yaşlı Azad Rəhimov «Energo Kompleks» MMC-nin rəhbəri olub. O, külli miqdarda vergidən yayındığı üçün Azərbaycandan qaçıb.

Azərbaycan bundan öncə ölkədə bizneslə məşğul olan bir neçə Türkiyə vətəndaşını beynəlxalq axtarışa verib.