“Kəpəz”in avtobusu daşa basıldı

Foto illüstrasiya

-

Avqustun 9-da Topaz Premyer Liqasının yeni mövsümündə "Neftçi" "Kəpəz"lə qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.

"Bakcell Arena"dakı oyundan sonra iki komanda azarkeşləri arasında münaqişə olub.

Futbolinfo.az saytının məlumatına görə, azarkeşlər əvvəlcə söz duelinə çıxıb. Sonra isə "Neftçi" fanatları “Kəpəz”in avtobusunun süşələrini daşla sındırıblar.

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev də hadisə yerində olub.