Pakistanda 7 nəfər saxlanıb

Pakistanda qaçqın uşaqlar, arxiv fotosu

-

Pakistanın şərqində polis uşaqlara qarşı cinsi zorakılıq hərəkətləri edən və bu hərəkətlərin videosunu yayan 7 nəfər saxlanıb. Kasur regionunun polis rəisi Shahzad Sultan avqustun 7-də bildirib ki, təhqiqatçılar indiyədək ələ keçirilmiş 18-19 videonu araşdırır.

Hələlik neçə uşağın cinsi zorakılığa məruz qalması, başqa videoların olub-olmaması barədə məlumat yoxdur.

Polis daha 10 nəfərin tezliklə saxlanacağını deyib. Zərərçəkən ailələr avqustun 4-də polislə toqquşub, bu halların araşdırılmamasından gileylənib.

Təhlilçilər Pakistanda uşaqların cinsi zorakılığa məruz qalması hallarının nadir hadisə olmadığını deyir. Ancaq indiki hal ilk mütəşəkkil cinayətkarlıq hadisəsi ola bilər.