ABŞ konsulluğu yaxınlığında güllə atılıb

İyulun 20-də Surucdakı partlayışda 100 nəfər həlak olub

-

İstanbulda ABŞ konsulluğu yaxınlığında iki naməlum silahlı güllə atıb. Avqustun 10-da verilən rəsmi məlumata görə, xəsarət alan olmayıb, silahlılar polis atəşindən qaça biliblər.

Bu insidentdən bir neçə saat əvvəl isə İstanbulda polis məntəqəsinə hücum olub, 7 polis xəsarət alıb.

Hücumlara görə məsuliyyəti üzərinə götürən olmayıb.