Azərbaycan filmləri Kazan festivalına gedir

-

Sentyabrın 5-dən 11-dək XI Kazan Beynəlxalq Müsəlman Kino Festivalı keçiriləcək.

"Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə" devizi ilə keçiriləcək festivalda 25 ölkədən 50-ə qədər tammetrajlı, qısametrajlı bədii və sənədli filmlər, animasiya filmləri iştirak edəcək.

Azərbaycan istehsalı olan "Bakı sübhdən günbatanadək" filmi festivalın "Tammetrajlı sənədli filmlər" kateqoriyasında, "Köhnə saat" cizgi filmi isə "Animasiya filmləri" kateqoriyasında təqdim ediləcək.