-
Tofiq Bəhramov adına Respublika Stadionu təmirə bağlanıb.
Bu haqda AzadlıqRadiosuna stadionun əməkdaşları məlumat verib.
Təmirə səbəb stadionun ot örtüyünün yarıtmazlığıdır.
Avqustun 27-də «Qarabağ» bu stadionda İsveçrənin «Young Boys» komandasını qəbul edəcək.
Avqustun 5-də «Qarabağ» Şotlandiyanın «Celtic» komandasına qarşı ot örtüyü bərbad olan bu stadionda oynamışdı. Oyundan əvvəl isə stadionun yarıtmaz olması haqda yerli mediada geniş müzakirələr açılmışdı.