Çin və Rusiya Kerry-nin emaillərini oxuyur?

John Kerry

-

ABŞ-ın Dövlət katibi John Kerry Çin və Rusiyanı onun elektron yazışmalarını “böyük ehtimalla” oxumaqda ittiham edib.

“Bu, çox mümkündür… mən adətən yazanda bunu düşünürəm,” Kerry avqustun 11-də CBS Evening News proqramına müsahibəsində deyib.

“Bu, çox mümkündür. Bu, mümkünlük çərçivəsindən kənarda deyil. Bilirik ki, onlar son günlər ərzində Amerikanın bir sıra maraqlarına hücum ediblər,” Kerry deyib. “Təəssüf ki, elə bir dünyada yaşayırıq ki, çinlilər və rusiyalılar daxil olmaqla, bir sıra ölkələr Amerika maraqları, Amerika hökumətinə qarşı daima kiber hücumlar aparır. Bu, böyük narahatlıq yaradır”.

Bu yaxınlarda Ağ Evin Baş Qərargahının email sisteminə haker hücumuna görə əsasən Rusiyadan şübhələnirlər. Federal işçilərin şəxsi məlumatlarının oğurlanmasında isə Çin əsas şübhəlidir.