-
Azərbaycanda yollardakı tıxaclar barədə sürücüləri məlumatlandıran sistem işə salınıb. Bu barədə “Trend”-ə “SINAM” şirkətindən məlumat verilib.
Yeni metod adıçəkilən şirkət tərəfindən tətbiq olunur. Sistemdə yollardakı tıxaclar barədə məlumatı interaktiv şəkildə FM qəbuledicilərdə əks etdirmək üçün FM diapazonlu RDS (Radio Data System) kanaldan istifadə olunur.
İnternet və ya SMS vasitəsilə ötürülən GPS məlumat axını verilişindən fərqli olaraq, yeni metodda informasiya axını radiokanal vasitəsilə həyata keçiriləcək ki, buna da xərc lazım olmayacaq.
Bundan başqa, sistemin “Yollar” naviqasiya xəritəsi ilə əlaqəsi var.