Çinin liman şəhəri Tianjindəki partlayışdan dörd gün keçəndən 95 nəfər itkin düşmüş sayılır.
Çinin liman şəhəri Tianjindəki partlayışdan dörd gün keçəndən 95 nəfər itkin düşmüş sayılır. Onlardan 85-i yanğınsöndürəndir. Partlayışda 112 nəfər ölüb.
Həmin hadisədən sonra ancaq bir neçə nəfərin cəsədinin kimliyi müəyyənləşdirilib.
Ölkədəki onlarla internet saytı "şayiə yaydıqlarına görə" bağlanıb.
Partlayış avqustun 12-də təhlükəli maddələr olan anbardan başlayıb.
Titrəyişlər bir neçə kilometr uzaqda da hiss olunub.