Azərbaycanlı biznesmen öldürülüb

Foto arxiv

Azərbaycanlı iş adamı və Azərbaycan icmasının rəhbərlərindən biri İlham Tağıyev Ukraynanın Xerson vilayətində öldürülüb.

Yerli informasiya saytının mıəlumatına görə, onun meyiti özünə məxsus “Mercedes” markalı avtomobildə aşkar edilib.

Hadisə avqustun 17-nə keçən gecə baş verib.

Polis hesab edir ki, o qaraja girərkən hücuma məruz qalıb və başına küt alətlə zərbələr endirilib.

Hücum edənlər onun cibindən evinin açarlarını götürərək mənzili qarət ediblər.

İlham Tağıyevin həyat yoldaşı və qızı hadisə vaxtı Azərbaycanda olub, oğlu isə Kiyevdə yaşayır.

Cinayətin tamah məqsədilə törədildiyi güman edilir.

Faktla bağlı cinayət işi açılıb, axtarış gedir.

.