Azərbaycan-Rusiya sərhədində yaranmış tıxac ardan qaldırılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, son 2 gün ərzində Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük buraxılış məntəqəsindəki körpünün Rusiyaya aid hissəsində tıxac yaranıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, buna səbəb, sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsində kompüter şəbəkəsində baş verən texniki problemlər olub.
Hazırda problem aradan qaldırılıb və avtomobillərin Rusiya ərazisinə keçidi təmin edilib.