Ukrayna sərhəddə ordu yeridildiyini bildirir

Foto arxiv

“Rusiya Ukrayna sərhəddinə 50 minədək hərbi qulluqçu cəmləşdirib”.

Bunu avqustun 18-də Ukrayna baş qərargahının nümayəndəsi Vladislav Seleznyov bəyan edib.

O bildirib ki, Rusiya bununla Kiyevə təzyiq göstərməyə çalışır.

Avqustun 17-də Ukraytnanın şərqində vəziyyət yenidən gərginləşib.

Ukrayna ordusunun komandanlığı hesab edir ki, rusiyapərəst separatçılar bununla Minsk razılaşmasını pozmaq istəyir.

Xüsusi əməliyyatlar üzrə qərargahın nümayəndəsi Anatoliy Stelmakh bildirib ki, separatçılar Rusiyadasn növbəti kömək istmək üçün Kiyevi irimiqyaslı qarşıdurmaya cəlb etmək istəyirlər.

Kiyevin məlumatına görə separatçılar avqustun 17-də atəşkəs rejimini 86-dəfə pozublar.

Separatçılar isə atəşkəsin pozulmasına görə,Ukrayna tərəfini günahlandırır.

Ötən ilin aprelindən bu yana Ukraynanın şşərqində gedən döyüşlərdə 6500-dən çox adam ölüb.