Gürcüstan prezidenti Giorgi Margvelashvili Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrində keçirdiyi hərbi təlimləri ittiham edib.
Prezidentin xarici məsələlər üzrə köməkçisi Теngiz Pkhalaze avqustun 19-da bildirib ki, dövlət başçısı bu fakta qiymət vermək üçün beynəlxalq aləmə müraciət etmək fikrindədir.
Qeyd edək ki, Rusiya 2008-ci ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra onun separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb.