"Marsel"in yeni baş məşqçisi

Fransanın “Marsel" klubunun yeni baş məşqçisi rəsmiləşib.

Klubun rəsmi saytının yaydığı məlumata görə, komandanın yeni baş məşqçisi ispaniyalı mütəxəssis Jose Miguel Gonzalez olacaq.

Müqavilənin müddəti hələlik rəsmi şəkildə açıqlanmayıb.

Amma bəzi məlumatlarda onunla 2 illik müqavilə bağlandığı bildirilir.

Gonzalez bundan əvvəl Yunanıstan "Olimpiakos" klubunu çalışdırırb.