Coelho və... Quran

Paulo Coelho

-

Braziliyalı yazıçı Paulo Coelho-nun Facebook hesabından «Quran-i Kərim»i bir ərəb qızından müdafiə edən mesajı dünyanın dilinə düşüb.

Habertürk-ün yazdığına görə, məsələ belə olub:

«DÜNYANI DƏYİŞDİRƏN KİTAB»

Coelho öz səhifəsində bir «Quran» kitabının fotosunu paylaşıb və altında yazıb: «Dünyanı dəyişdirən kitab». Hiba B.Dakkak adlı bir ərəb qızı isə həmin fotonun altına: «Doğrudur, zorakılıq və qətliamın qaynağıdır» fikrini əlavə edib.

«MƏN XRİSTİANAM»

Ünlü yazıçı ərəb qıza belə cavab verib: «Bu, doğru deyil. Mən xristianam və biz xristianlar əsrlər boyu inancımızı qılıncla yaymağa çalışdıq. Lüğətdə «xaçlılar» kəlməsinə bax. Qadınları öldürdük. Onlara ifritə dedik və elmin qarşısını almağa çalışdıq. Galileo-nun başına açdığımız oyun kimi. Ancaq bütün bunlar inancların deyil, onu istismar edənlərin problemidir».

Bu mesaj sosial mediada böyük səs-küy yaradıb. Çoxsaylı izləyicilər ünlü yazarı dəstəkləyiblər.