Nazirlər ildə 4 dəfə regionlara gedəcək

Dmitry Medvedev

Rusiyada bütün nazirlər ilin hər rübündə Kırım, Uzaq Şərq və Kalinin vilayətinə getməlidir.

Qərarı avqustun 13-də baş nazir Dimitri Medvedev verib.

Qərarda deyilir ki, məqsəd məmurların problemli bölgələrə diqqətini artırmaqdır.

Digər hökumət mənbələrinin məlumatına görə isə söhbət hökumətin prioritet hesab elədiyi regionlardan gedir.