Tenge dəyərinin 26 faizini itirib

Foto arxiv

Qazaxıstanın milli valyutası Tenge dəyərinin 26 faizini itirib.

Bu hökumətin sərbəst kurs sisteminə keçməsini elan etdikdən bir neçə saat sonra baş verib.

Günün əvvəlində 1 ABŞ dolları 188, sonra isə 255 tenge olub.

Ölkə prezidenti Nursultan Nazarbayev bunun məcburi addım olduğunu və buna heç bir alternativ olmadığını bildirib.

Avqustun 20-də dünya bazarında Brend markalı neftin bareli 47 dollardan aşağı düşüb.

Nazarbayav bundan əvvəl xəbərdarlıq etmişdi ki, ölkə iqtisadiyyatı yeni reallıqlara əsaslanmalı və 30-40 dollara hazır olmalıdır.