Makedoniya hökuməti Yunanıstan və digər Avropa ölkələrindən böyük qaçqın axınına görə, sərhəd bölgəsindəfövqəladə vəziyyət rejimi elan edib.
Hökumətinin bəyanatda son vaxtlar Yunanıstandan ölkəyə qaçqın axınınınkütləvi hal aldığı bildirilir.
Hökumət bildirib ki, Yunanıstanla sərhəd bölkəsində nəzarətin gücləndirilməsinə əlavə hərbçilər cəlb ediləcək.
Hazırda Yunanıstala Makedoniya arasındakı sərhəd zonasına bir neçə min qaçqın yığışıb.
Onlar Makedoniyaya keçmək istəyirlər.
Polisə onların qarşısını almaq göstəriş verilib.
Qaçqınlar piyada Makedoniyanın Gevgeliya şəhərinə keçmək , ordan isə qatarla Serbiyaya getməyə çalışırlar.
Həmçinin Saloniki ilə Skopye arasındakı beynəlxalq dəmiryol xəttinə bir neçə min qaçqın yığışıb.
MakedoniyaAvropa Birliyi ölkələriə keçmək istəyən miqrantlar üçün əsas tranzit ölkədir.
Son aylar Makedoniyadan keçmək istəyən 39 minə yaxın miqrant qeydə alınıb.
Onların əksəriyyəti Suriya və Əfqanıstandandır.