-
İran Azərbaycanın ən böyük qaz layihəsi olan “Şahdəniz”də payını artırmaq niyyətindədir.
Bunu Trend-ə müsahibəsində İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.
O, bildirib ki, bu məsələ ilə bağlı artıq Azərbaycan tərəfi ilə danışıqlar aparılır: “İranın “NICO” şirkətinin “Şahdəniz” layihəsində iştirak payı var. Bu payı artırmaq üçün danışıqlar aparılıb”.
“
NICO” şirkəti “Şahdəniz” layihəsində 10 faizlik paya sahibdir.