"Lukoyl" Qazaxıstandakı səhmlərini satır

Foto arxiv

Rusiyanın “Lukoyl” şirkəti Qazaxıstandakı səhimlərinin bir qismini Çinin “Sinopec” enerji şirkətinə satıb.

Şirkət səhmlərin qiymətinin ümumilikdə 1,09 milyard dollar civarında olduğunu bildirir.

Amma buna baxmayaraq “Lukoyl” Rusiyanın Qazaxıstan bazarında ən böyük oyunçusu olaraq qalır.

“Lukoyl” və “Sinopec” şirkətləri ötən il 1,2 milyard dollarlıq müqavilə imzalayıblar.

Rusiyanın rəhbərlik etdiyi gömrük ittifaqına daxil olan Qazaxıstan Moskvanın nüfuz dairəsindədir.

Qazaxıstan neft ehtiyatlarına görə dünyada ən böyük ölkələrdən biridir.