Asiya İnkişaf Bankı tengenin dəyərinin 23 fiaz düşməsindən sonra Qazaxıstana 1 milyard dollar kredit verib.
Bunu avqustun 21-də Bankın özü bəyan edib.
Hazırda 1 dollar rəsmi olaraq 252,47 tengeyə satılır.
Qeyd edək ki, 1 dollar Avqustun 20-də 188 tenge idi.
Buna səbəb dünya bazarında neftin kskin düşməsi və Rusiya iqtisadiyyatının pisləşməsidir.
Həmçinin Qazaxıstanın əsas ticarət tərəfdaşı olduğu qonşu Qırğızıstan və Tacikistanda dollar avqustun 21-də 5-6 faiz baha satılıb.