Türkiyədə seçki keçiriləcək

Recep Tayyip Erdogan

Türkiyədə təkrar parlament seçkiləri bu il noyabrın 1-də keçiriləcək.

Türkiyə mətbuatının yazdığına görə, bu barədə prezidenti Recep Tayyip Erdoğan məlumat verib.

O seçki vaxtı təhlükəsizliyin təmin edilməsi üçün xüsusi tədbirlər görüldüyünü bildirib.

İyunun 7-də Türkiyədə keçirilən parlament keçkisində hakim Ədalət və İnkişaf Partiyası hökumət yaratmaq üçün lazım olan səs çoxluğunu toplaya bilmədi.

Müxalifət partiyaları isə hakim partiya ilə koalisiyaya getmədi.

Erdoğanın partiyası 13 ildir ki, hakimiyyətdədir.