Azərbaycanda yeni polis bölməsi yaradılıb

Azerbaijan -- police car Baku

Daxili İşlər Nazirliyinin məlumatına görə, prezidentin tapşırığı ilə, Şahdağ Qış-Yay Turizm Kompleksinin də daxil olduğu Qüsarın Zindan-Muruq, Kuzun, Aladaş və Ləzə kəndlərini əhatə edən ərazi üzrə xüsusi polis bölməsi yaradılıb.

Avqustun 21-də həmin ərazidə tikilən yeni inzibati binanın açılışı olub.Mərasimdə Daxili işlər naziri Ramil Usubov iştirak edib.