Rusiya ilə Çin birgə təlimlərə başlayıb

Foto arxiv

Rusiya ilə Çin Yapon dənizində birgə hərbi təlimlərə başlayıb.

Hərbi-dəniz və hava hücumlarından müdafiə qüvvələrinin iştirak etdiyi təlimlər avqustun 28-dək davam edəcək.

Təlimlərə 22 gəmi, 20-dək təyyarə və hər iki tərəfdən 500-dən çox canlı qüvvə cəlb edilib.

Analitiklər hdeyir ki, Moskva Ukrayna böhranına görə Qərblə münasibətlərin pisləşməsi fonunda Pekinlə əlaqələri dərinləşdirməyə cəhd göstərir.