Modriclə Mandzukic Bakıya gəlir

Mario Mandzukic və Luka Modric

Sentyabrın 3-də "Avro-2016"nın seçmə mərhələsində Bakıda Azərbaycan millisi ilə qarşılaşacaq Xorvatiya yığmasının heyəti açıqlanıb.

Xorvatiya Futbol Federasiyasının məlumatına görə, 24 futbolçu arasında Luka Modric, İvan Rakitic, Mario Mandzukic, Dario Srna və Daniel Pranyic də var.