İslam Əməkdaşlıq Təşkilatının baş katibi Iyad bin Amin Madani avqustun 25-də Azərbaycana gəlir.
Bu barədə APA agentliyi diplomatik mənbələrə istinadla xəbər verir.
Onun Bakıda bir sıra rəsmi şəxslərlə görüşü nəzərdə tutulur.
Hələlik görüşün detalları barədə ətraflı məlumat verilmir.