PKK Bakı-Tbilisi-Ərzurumu partlatdı

Foto illüstrasiya

-

Qarsın Sarıqamış yaşayış məntəqəsində Bakı-Tbilisi-Ərzurum qaz kəməri partladılıb.

Bu haqda Türkiyənin rəsmi Anadolu agentliyi xəbər yayıb.

Qars valisi Günay Özdemir deyib ki, kəməri PKK terrorçuları partladıb.

Partlayışdan sonra alovlar yüksəlib. Partlayış səsini eşidən sakinlər özlərini bayıra atıblar.

Vali deyib ki, təhlükəsizlik tədbirləri görülüb. Partlayışın təsirindən yaranan alovlar Qars və Ərzurum kəndlərindən də görülür.

Bu, avqust ayı ərzində Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş verən ikinci partlayışdır. Avqustun 4-də də qaz kəmərinin Qarsdan keçən hissəsində partlayış olmuşdu.