-
Avqustun 24-də Çin səhmlərinin 9 faizə yaxın düşməsi dünya səhm və əmtəə bazarlarında da qiymətlərin düşməsinə səbəb olub. Wall Street son 4 ildə ən pis gününü yaşayıb.
Avropa və Asiya bazarlarında səhmlər 5-6 faiz itirib. Dow Jones ticarətin ilk dəqiqələrində itirsə də, sonradan Dow və ABŞ-ın digər indeksləri alıcıların çoxalması hesabına biraz özünə gəlib. Alıcılar qiymətlərin düşməsindən faydalanmağa tələsiblər.
Wall Street 2009-cu ilin maliyyə böhranından bəri belə çaxnaşmaya düşməmişdi. Bir əsrlik yaşı olan Dow ticarəti 3.6 faizlik enmə ilə başa vurub.
ABŞ səhmləri hələ durumdan daha yaxşı çıxıblar. Apple şirkətinin baş icraçı direktoru Tim Cook günorta bəyanat verib ki, kompüter nəhəngi hələ də Çin bazarına inamını saxlayır.
Bu arada investorlar Çindən daha çox bəd xəbər gözləməkdədir. Çin iki həftə öncə valyutasının devalvasiyasına başlayıb.