ABŞ-la Türkiyə geniş əməliyyata hazırlaşır

Mevlut Cavusoglu

Türkiyə ilə ABŞ İslam Dövləti qrupuna qarşı mübarizə ilə bağlı texniki danışıqları yekunlaşdırıblar.

Bu barədə avqustun 25-də jurnalistlərə Türkiyənin xarici işlər naziri Mevlut Cavusoglu məlumat verib.

Amma Cavusoglu əlavə məlumat verməyib.

Nazir bundan əvvəl yaxın vaxtlarda İslam Dövləti qrupuna qarşı geniş və koordinasiyalı əməliyyata başlanacağını bildirmişdi.

Türkiyə yaraqlıların Suriyadakı mövqelərinə havadan zərbələr endirir.

Bundan başqa ABŞ-ın rəhbərlik etdiyi hərbi kampaniyanı hava bazası ilə təmin edir.

İslam Dövləti qrupunun iyulda Suriya ilə sərhəddə yerləşən Suruç şəhərində törətdiyi partlayışda 33 nəfər öldü.

Türkiyə bundan sonra Suriya ilə sərhədlərini gücləndirib və hazırda sərhəddin bəzi yerlərinə beton divar çəkir.