Manatın məzənnəsi - 26.08.2015

Manat

-

Mərkəzi Bankın avqustun 26-na olan məlumatına görə, ABŞ dollarının məzənnəsi 0.01% artaraq 1.0467 manata bərabər olub.

Avronun məzənnəsində isə azalma qeydə alınıb. Bu valyuta 0.16% ucuzlaşaraq 1.2059 manata düşüb.

Bu ilin fevralında Mərkəzi Bankın qərarıyla manatın 33-34 faiz devalvasiya olması elan edilib.

Bəzi iqtisadçılar payıza ikinci devalvasiyanı proqnozlaşdırırlar.