Səfir:"Azad seçkilər müsbət addım olacaq"

Robert Cekuta

“Noyabrda azad və şəffaf seçkilər keçirilməsi Azərbaycanda demokratiyanın inkişafında müsbət addım kimi qiymətləndiriləcək”.

Azərbaycandakı ABŞ səfirliyinin "Twitter" səhifəsindəki məlumata görə, bunu səfir Robert Cekuta Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovla görüşdə deyib.

Görüşdə ikitərəfli münasibətlər, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri və ölkədəki siyasi vəziyyət müzakirə edilib.

Səfir Robert Cekuta parlament seçkiləri ərəfəsində digər siyasi partiyaların nümayəndələri ilə də görüşəcək.