Azərbaycan və Türkiyə birgə təlim keçirib

Foto arxiv

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri birgə taktiki təlimləri çərçivəsində Hava Hücumundan Müdafiə qüvvələrinin praktiki döyüş atışlarını keçiriblər.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

“TurAz Qartalı - 2015” təlimlərində məqsəd hava məkanını pozan şərti düşmən hədəflərini aşkarlamaq və bu barədə məlumat vermək olub.

Təlimin əsas mərhələsində S-125 tipli zenit raket kompleksləri ilə hava məkanını pozan şərti düşmənin imitasiya hədəfləri dərhal məhv edilib.