Qafqaz gəncləri görüşür

Arxiv fotosu

-

Avqustun 27-də Gürcüstanın Marneuli bələdiyyəsinin Serakvi kəndində “One Caucasus” beynəlxalq festivalı keçiriləcək.

Festival çərçivəsində Azərbaycan, Gürcüstan və Ermənistan gənclərinin görüşü olacaq. Məlumatı Gürcüstanın Black Sea Press agentliyi yayıb.

Festivalın əsas məqsədi Qafqazda yaşayan gənclər üçün dinc, təhlükəsiz məkanın yaradılmasıdır.

Festival çərçivəsində Gürcüstandakı Azərbaycan və erməni kəndlərinin uşaqları üçün mədəni-tədris tədbirlərinin keçirilməsi planlaşdırılır.

Layihə Polşa Mədəniyyət və Milli İrs Nazirliyi və Marneuli İcra Hakimiyyətinin maliyyə dəstəyilə həyata keçirilir.

Festival avqustun 29-a qədər keçiriləcək.