Xarici işlər nazirləri Antaliyaya toplaşır

Foto arxiv

Avqustun 28-də Antaliyada Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin görüşü olacaq.

Görüşdə siyasi və iqtisadi məsələlər müzakirə olunacaq.

Bu barədə avqustun 27-də Türkiyənin xarici işlər nazirliyi məlumat yayıb.

Nazirlər bu formatda Bakı və Aşqabadda keçirilmiş əvvəlki görüşlərdə qəbul olunmuş qərarların həyata keçirilməsinə də baxacaqlar.

Həmçinin Antalyada nazirlərin ikitərəfli görüşləri olacaq.