İranlı fəallara haker hücumları

-

İranlı mühacirlər və fəalların Google hesabları haker hücumlarına məruz qalır. Məlumatı Citizen Lab yayıb.

Bu hücumlara görə İran hökumətinin dəstəklədiyi hakerlər şübhəli bilinir. Təhqiqatçılar hücum kampaniyasını 2013-cü il prezident seçkisi zamanı baş verənə bənzədirlər.

Avqustun 27-də Toronto Universitetinin təhqiqat qrupu hesabat yayıb. Hesabatda hakerlərin hədəflərinin Gmail və digər hesablarına girmək üçün istifadə etdikləri metodlar açıqlanıb.

Nyu Yorkda yaşayan iranlı jurnalist Omid Memarian deyib ki, hakerlər onunla iyunda Google Chat, telefon zəngləri və email vasitəsilə əlaqə saxlayıb, parolunu dəyişməli olduğunu deyib. O, bunun tələ olduğunu anlayıb və məlumat verməyib. Ancaq hakerlərin davamlı cəhdləri onda belə bir təəssürat yaradıb ki, yəqin hesabını ələ keçiriblər.

“Şübhəsiz, bu hücum azad sözə qarşı olan İran İnqilab Qvardiyasından gəlir,” Memarian deyib.