Müdafiə nazirliyi itki olmadığını bildirir

Foto arxiv

“Ermənistan saytlarının cəbhədə Azərbaycan tərəfinin itki verməsi barədə yaydığı məlumat tam yalandır və həmişə olduğu kimi dezinformasiya xarakteri daşıyır”.

Bunu APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirliyin məlumatına görə, öz aralarında baş verən atışma nəticəsində 2 erməni əsgəri ölüb, bir neçəsi yaralanıb. Azərbaycan ordusu isə sutka ərzində heç bir itki verməyib.

Ermənistan mətbuatı avqustun 28-də Azərbaycan tərəfinin 20-25 nəfərlik xüsusi təyinatlı qüvvələrlə təxribat törətməyə cəhd göstərməsi və itki verməsi varədə məlumat yayıb.