Qırğızıstan prezidenti Almazbek Atambaev avqustun 28-də yeni elektrik xəttinin açılışını tarixi hadisə adlandırıb.
Uzunluğu 450 kilometr olan Datka-Kemin xəttini Çin maliyyələşdirib və Qırğızıstan bundan sonra qonşu Özbəkistan və Qazaxıstan ərazisi ilə elektrik almayacaq.
Prezident Atambaev bildirib ki, Qırğızıstan bununla demək olar ki, enerji müstəqilliyi qazanıb.
Çinin Tebian Electric Apparatus Stock Company (TBEA) şirkəti tərəfindən çəkilən yeni xətt 390 milyon dollara başa gəlib.
Son vaxtlar Çinin Orta Asiyada iqtisadi nüfuzunun artdığı və bu sahədə Rusiyanı keçdiyi müşahidə olunur.