Belarus müxalifət partiyalarının liderləri mövcudseçki komissiyasının qanunsuz elan edilməsi və yeni prezident seçkisi keçirilməsinə nail olmağa çalışırlar.
Nikalay Statkevich,Vladimir Neklyaev,Anatoliy Lebedko və Pavel Severinets avqustun 28-də Minskdə keçirdikləri mətbuat konfransında vətəndaşları seçkiyə getməməyə çağırıblar.
Statkevich bildirib ki, namizədlərin siyahısı hazırlanarkən, seçki artıq sxtalaşdırılıb.
Lebedko isə bildirib ki, prezident Aleksandr Lukashenkonun namizədli üçün imzalar məcburi formada toplanıb , Televiziya isə 24 saat bir şəxsi göstərir.
O bunun bütün namizədlərin KİV-lərə sərbəst çıxışına təminat yaradılması ilə bağlı ATƏT-in standartlarına zidd olduğunu bildirib.
Belarusada növbəti prezident seçkisi oktyabrın 11-də keçiriləcək.