Kobzon:"ABŞ-la əlaqələr dayandırılmalıdır"

Iosif Kobzon

Rusiyalı müğənni İosif Kobzon Federasiya şurasının sədri Valentina Matvienkoya viza vermədiklərinə görə, ABŞ-la diplomatik münasibətlərin dayandırılmasını təklif edib.

O bunu “Rusiya xəbərlər xidməti” radiosunun efirində deyib: “Mən ABŞ-la diplomatik münasibətləri dayandırardım. Qoy görsünlər ki, Rusiya ilə zarafat eləmək olmaz”.

ABŞ Rusiyanın Krımı ilhaq eləməsi və Ukraynanın şərqindəki münaqişəyə görə, bir çox Rusiya rəsmilərini qara siyahıya salıb.

Federasiya şurasının sədri Matvienko ilə Kobzon da onların arasındadır.

Amma Kobzon cümə günü bildirib ki, prezident Putinin sayəsində Avropa Birliyinə müalicəyə gedir.