Jurnalist prezidentdən azadlıq istəyir

Peter Greste

«Əl-Cəzirə» teleleviziyasının Misirdə həbsdə olan jurnalisti Peter Greste prezident Abdel-Fattah el-Sissini onu və iki həmkarını azad etməyə çağırıb.

Misir məhkəməsi televiziya kanalının üç jurnalistini 3 il azadlıqdan məhrum edib. Beynəlxalq qurumlar məhkəmənin qərarını ittiham ediblər.

Avqustun 30-da Sidneydə mətbuat konfranslı keçirən avstraliyalı journalist Greste deyib ki, “prezident Sissi-nin bundan öncə verdiyi vədə əməl etməsi üçün indi ən müvafiq vaxtdır”.

Greste məhkəmənin hökmünü “yanlış” və “siyasi motivli” adlandırıb və bildirib ki, indi bütün dünyanın gözü Misirdədir.

Misirli Baher Mohamed, Kanada vətəndaşı Mohamed Fahmy və avstraliyalı Peter Greste 2013-cü ilin dekabrında saxlanılıblar. Ötən ilin iyununda onlara 10 ilədək həbs cəzası kəsilib. Jurnalistlər ölkədə qadağan edilmiş «Müsəlman qardaşları» hərəkatı ilə əlaqədə və Misirin milli təhlükəsizliyinə ziyan vurmaq məqsədilə yalan məlumat yaymaqda təqsirləndirilir. Hər üçü bu ittihamları rədd edir.

Bu ilin fevralında Peter Greste vətəni Avstraliyaya deportasiya olunub. Fahmy ilə Mohamed isə girov müqabilində azadlığa buraxılıblar. Elə həmin ay Misirin Ali Məhkəməsi işə yenidən baxılması haqda qərar verib.