Almaniya, Fransa və Böyük Britaniya Avropa Birliyini miqrant böhranı ilə bağlı konkret addımlar atmağa çağırıblar.
Almaniyanın daxili işlər naziri Thomas de Maiziere, onun fransalı və britaniyalı həmkarları Bernard Cazeneuve vəTheresa May avqustun 30-da bəyanat yayaraq Cənubi Avropa ölkələrndə yaranmış qaçqın böhranı daha yaxşı həll etməyə çağırıblar.
Bəyənatda qeyd edilir ki, kimlərin daha çox yardıma ehtiyacı olduğunu tezliklə aydınlaşdırmaq üçün, ilin sonunadək Yunanıstan və İtaliyada qaynar nöqtələr açılmalı və orda miqrantların barmaq izləri götürülməlidir.
Nazirlər yaranmış böhranı müzakirə etmək üçün iki həftə ərzində Avropa Birliyi ölkələri daxili işlər və ədliyyə nazirlərinin iclasını keçirməyə çağırıblar.