Əfqanıstanın hökumət qoşunları NATO hərbi-hava qüvvələrinin köməkliyi ilə həftənin əvvəllərində talibançıların ələ keçirdikləri strateji rayonu geri alıblar.
Musa-Qala rayonu uğrunda əməliyyat avqustun 28-də başlanmışdı.
Əfqanıstanın müdafiə nazirliyi əməliyyat zamanı 220 düşmənin öldürüldüyünü və yaralandığını xəbər verir.
Narkotik daşınmasında əsas marşurutlardan olanMusa-Qala şəhəri ilk dəfə Talibandan 8 il bundan əvvəl alınmışdı.
Beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra ölkədə zorakılıqların artdığı müşahidə olunur.
Hazırda Əfqanıstanda 12 minə yaxın NATO hərbçisi var.
Onlar əsasən yerli qüvvələrə təlim keçməklə məşğuldur.